RU

Mbappe “Real”ın növbəti oyununda da iştirak edə bilməyəcək

İspaniyanın “Real” komandasının futbolçusu Kilian Mbappe klublararası dünya çempionatında növbəti oyunu da buraxmalı olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumçunun adı qrup mərhələsinin III turunda Avstriya təmsilçisi “Zaltsburq”a qarşı matçın da iştirak ərizəsinə salınmayıb.

Fransalı forvard xəstələndiyi üçün Səudiyyə Ərəbistanın “Əl-Hilal” (1:1) və Meksikanın “Paçuka” (3:1) kollektivləri ilə görüşdə meydana çıxmayıb.

Qeyd edək ki, iyunun 19-da xəstəxanaya yerləşdirilən Mbappe iyunun 25-də komanda ilə məşqlərə qoşulub. İyunun 27-də keçiriləcək “Zaltsburq” – “Real” oyunu Bakı vaxtı ilə saat 05:00-da start götürəcək.

Избранный
20
8
konkret.az

10Источники