RU

Sabirabadda yol qəzası baş verib, üç nəfər ölüb

Sabirabad rayonu ərazisində baş verən yol qəzasında üç nəfər ölüb.

“Report”un məlumatına görə, hərəkətdə olan yük maşını “QAZ-2410” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Избранный
5
17
anews.az

10Источники