RU

Tovuzda dönərdən zəhərlənənlərin sayı 36-ya çatıb

36 nəfər zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Hospitalizasiya edilən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.

Hazırda onların müalicəsi xəstəxananın təcili yardım şöbələrində davam etdirilir.

Избранный
16
50
modern.az

10Источники