RU

Əziz Yıldırımdan sərt açıqlama: Mən yoxam

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

''Fənərbaxça''nın sabiq prezidenti Əziz Yıldırım klubun əsasən gənclərdən ibarət olan rəsmi üzvləri ilə görüş keçirib. "Football-plus.az" xəbər verir ki, Ataşəhərdə baş tutan görüşdə 400-dən çox klub üzvü iştirak edib. Klub tarixində böyük iz buraxmış Yıldırım kürsüyə çıxaraq önəmli acıqlamalar verib və artıq prezidentlik barədə düşünmədiyinə işarə vurub:

''Bura klubun gələcəyini müzakirə etmək, nələr edə biləcəyimizi anlamaq üçün gəlmişik. Seçki siyasətini mənim üzərimdən aparmayın. İkiillik keçid dönəmi tamam başqa şeydi. Əsas məsələ ''Fənər''i keçmiş günlərinə qaytarmaq üçün etməli olduqlarımızdı. Ad açıqlamaq istəmirəm, amma digər klublar bizi 10 il üstələyib. Heç nə etməsək, 5 ildən sonra bu üstünlük artıq 20 ilə çatacaq və ondan sonra nəyisə dəyişmək gec olacaq. Anadoluda əvvəllər var olan, amma bu gün artıq yox olan bir çox klub var. Biz də onlar kimi olacağıq. Ona görə də gənclər bir araya gəlməli, fikir və düşüncələrini ortaya qoymalıdı. Hər kəs özünə gəlsin. Mənə yox, kluba sahib çıxın. Mənim adımı çəkməkdə davam etsəz, axırda elə edəcəksiz ki, klubun heç bir tədbirlərinə qatılmayacam. Bu camiə üçün hər biriniz məsuliyyəti anlamalısız. Dediyim kimi məni rahat buraxın. Bir gün ''mən yoxam'' deyib ümidlərinizi birdəfəlik qıracam. Seçkilərdə mənim adımı hallandırmayın. Sizdən xaiş edirəm, mən heç bir dəstək istəmirəm. Dəstəyi kluba verin və bu vəziyyətdən çıxış yollarını müzakirə edin''.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
1
icma.az

2Источники