“Ferrari” sürücüsü Lyuis Hemilton komandadan gələn mövsüm üçün nə gözlədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, 40 yaşlı britaniyalının sözlərini “RacingNews365” sitat gətirib.
Hemilton “Ferrari”yə səkkizqat dünya çempionu olmaq ümidi ilə qatılsa da, cari mövsümdə işlər uğurlu olmadı.
Lyuis ümid edir ki, gələn il reqlament dəyişdikdə, İtaliya komandası ona titul uğrunda mübarizə apara biləcək bir avtomobil verəcək.
“Bəli, bu mənim yeni komandada ilk ilimdir. Fərqli komandaların necə işlədiyini və fəaliyyət göstərdiyini müşahidə etmək maraqlıdır.