Belə ki, nigeriyalı futbolçu qol saatının oğurlandığını bildirərək tanışı Ayşənur O. adlı xanımdan şikayət edib. Onun şikayətindən sonra İstanbul Anadolu Cümhuriyyət Prokurorluğunun Baş Axtarış Bürosu tərəfindən araşdırma başlanılıb. Şübhəli qismində saxlanılan Ayşənur O. olayla bağlı verdiyi ifadədə bunları deyib:
''Onunla təxminən 3-4 ay öncə dostluğumuz başlayıb. Aprelin 27-də Şişlidəki bir əyləncə mərkəzinə birlikdə yollandıq. Mən sadəcə onu müşaiyət edirdim. Yanında çoxlu adamlar var idi. Sonra birlikdə onun Üsküdardakı evinə getdik. Əşyalarını toplamalı idi. Çünki İngiltərəyə yollanmağa hazırlaşırdı. Onun evində təxminən 20-25 dəqiqə keçirdikdən sonra hava limanına yollandıq. Həmin tarixdən təxminən 1-1,5 ay sonra mənə ''vatsapp''dan mesaj yazaraq saatını oğurlamaqda günahlandırdı. Mən isə ona saatını oğurlamadığımı, belə bir iddiası varsa, birlikdə rəsmi orqanlara müraciət edə biləcəyimizi dedim. Onun saatını ümumiyyətlə görməmişəm. Bu iddianı qəbul etmirəm. Heç bir günahım yoxdu''.
Osayi-Samuelin sözlərinə görə isə bu xanımla birlikdə əyləndikləri gün saat onun qolunda idi. O, xanımla birlikdə evə yollandıqlarını, daha sonra İngiltərəyə getdiyini, Türkiyəyə mayın əvvəllərində döndükdən sonra isə saatının evdə olmadığını fərq etdiyini dedi. Kamera görüntülərində də onun evə xanımla birlikdə gələrkən qolunda saat olduğu görünür. O gündən sonra isə saatdan əsər-əlamət yoxdu.
Hadisə ilə bağlı araşdırma davam edir.