"Kasımpaşa"nın yeni baş məşqçisi bəlli olub.


Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisini Şota Arvelaadze çalışdıracaq.


Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.


Gürcüstanlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Burak Yılmazı əvəzləyib.


Arveladzenin son iş yeri "Fatih Karagümrük" olub. O, 2012-2015-ci illərdə də "Kasımpaşa"nı çalışdırıb. Arveladze Türkiyədə "Kayserispor" və "Trabzonspor"un da baş məşqçisi olub.