RU

Ezgi Mola ilə həyat yoldaşı ilə boşanır EVLİLİK BİTDİ

Shownews portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məşhur türkiyəli aktrisa Ezgi Mola əri Mustafa Aksakallıdan boşanmaq qərarına gəldiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, aktrisa bu barədə sosial media hesabında paylaşım edib:

“İki illik evliliyimizi bitirməyə qərar verdik. Bir-birimizə olan sevgimizin ən gözəl hədiyyəsi Candır. Onunla ən gözəl şeyləri yaşamaq üçün əlimizdən gələni edəcəyik. Prosesin davamında dostluğumuza zərər vermədən, incitmədən, qırmadan bir-birimizin yanında olacağıq. Bizdən eşitmədiyiniz heç bir şeyə inanmayın”.

Qeyd edək ki, Ezgi iş adamı Mustafa Aksakallı ilə 4 illik münasibətdən sonra 2023-cü ildə ailə qurmuşdu. Cütlüyün ötən ilin noyabrında Can adlı körpələri dünyaya gəlmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
1
icma.az

2Источники