“Bavariya” futbolçusu Ariyon İbahimoviçi icarəyə verib.
Futbolpress.az xəbər verir ki, 19 yaşlı vinger 2025/26 mövsümünü “Haydenhaym”da keçirəcək. Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İbrahimoviç Almaniyanın U-21 yığmasının üzvüdür. O, başa çatan mövsümün ikinci dövrəsini “Latsio”da keçirib.