Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Milli Məclisin deputatı Səyyad Salahlı (Aran) İmişli rayonunun Çaxırlı kənd tam orta məktəbində seçiciləri ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, deputat ötən dövr ərzində vətəndaş müraciətləri əsasında gördüyü işlər haqqında ətraflı məlumat verib.
Görüşün 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində baş tutduğunu vurğulayan Səyyad Salahlı Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı Azərbaycan Ordusunun bu gün Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən güclü ordularından birinə çevrildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Çaxırlı kənd tam orta məktəbinin 7 məzunu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Kənd sakinlərinin xahişi, deputat Səyyad Salahlının dəstəyi ilə məktəbin şəhidlərinin xatirəsinə ucaldılmış bulaq-abidə kompleksinin açılışı baş tutub.
Səyyad Salahlı bildirib ki, Azərbaycan xalqı şəhidlərin xatirəsini hər zaman uca tutur və onları heç zaman unutmayacaq.
Kənd sakinləri hər zaman onların yanında olduğu üçün deputata təşəkkür ediblər.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.