RU

“Samaj” prezidenti: Fransa kolonizasiyası mədəniyyət sahəsində də özünü göstərirdi

"Fransa mədəniyyəti, dili və tarixi müstəmləkə ərazilərində davam etdirilirdi".

APA xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Qvadelupun dekolonizasiyasına doğru: Problemlər və perspektivlər" konfransının "Bilik və mədəniyyətin müstəmləkəçilikdən azad olunması" adlı paneli zamanı "Samaj” təşkilatının prezidenti Elie Sylvie Shitalou-Sheikboudou deyib.

Onun sözlərinə görə, fransızlar həmçinin dil faktorunu inzibati idarələrdən kənarlaşdırmağa çalışırdılar: “Bizim xalqın birliyini əngəlləməyə çalışırdılar. Fransa öz dəyərlərini bizə təhsil vasitəsilə ötürməyə çalışırdı. Biliklərin kolonizasiyası yeni üsulla həyata keçirilirdi. Bu özünü yalnız təhsil deyil, mədəniyyət sahəsində də göstərirdi. Onlar tuvenon və digər xalqların dillərini qadağan edirdi. Biz yağış sularını toplayırdıq, amma bizi bundan da məhrum etməyə çalışırdılar. Yağış sularının ziyan olduğunu deyir, amma su probleminin həlli üçün addım atmırdılar. Afrika xalqlarının dini, dili və mədəniyyəti assimilyasiyaya məruz qalırdı. 2023-cü ildə İnzibati Məhkəmə bizə tətbiq edilən qadağaları rəsmiləşdirdi".

Избранный
25
apa.az

1Источники