RU

KDÇ-2025: 1/8 finalın daha 2 cütü müəyyənləşdi

Klublararası dünya çempionatının D qrupunda son oyunlar keçirilib.

Publika.az xəbər verir ki, “Çelsi” “Esperans” üzərində 3:0 hesablı qələbə qazanıb, “Flamenqo” isə “Los-Anceles”lə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Nəticədə qrupu 7 xalla Braziliya təmsilçisi birinci, 6 xalla London klubu ikinci pillədə başa vurub. “Esperans” 3 xalla üçüncü, “Los-Anceles” isə 1 xalla sonuncu olub.

Pley-off mərhələsində “Flamenqo” “Bayern” ilə qarşılaşacaq, “Çelsi” isə “Benfika” ilə üz-üzə gələcək.

Избранный
14
1
publika.az

2Источники