RU

PENTAQON VƏ D.TRAMP ARASINDA ZİDDİYYƏT YARANIB » AzadMedia.az

PENTAQON

“İranın nüvə silahı istehsal etmək imkanları tamamilə və tam şəkildə məhv edilib”. Bunu, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp İranın nüvə obyektlərinə endirilmiş hava zərbələrini şərh edərkən deyib.

Prezidentin bu bəyanatına baxmayaraq, Pentaqonun ilkin kəşfiyyat qiymətləndirməsi bu zərbələrin İranın nüvə proqramını yalnız bir neçə ay geriyə saldığını göstərir. ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin qiymətləndirməsinə əsaslanan mənbələr bildiriblər ki, hücumlara baxmayaraq, İranın zənginləşdirilmiş uran ehtiyatı tamamilə məhv edilməyib.

Bu barədə məlumatı “CBS” telekanalı yayıb.

Bu arada, ABŞ-ın müdafiə naziri Pit Hegseth zərbələrin nəticələrini yüksək qiymətləndirib. “Mən bütün hesabatları gördüm. Bizim bombardman kampaniyamız İranın nüvə silahı yaratmaq imkanlarını yerlə-yeksan edib”, – deyə o bildirib.

Müxtəlif mənbələrin ziddiyyətli məlumatlar yaydığı bir vaxtda İsrail də bu hücumları uğur kimi dəyərləndirib. Baş nazir Benyamin Netanyahu bildirib ki, 13 iyunda başlayan qarşıdurmalardan sonra İranın həm nüvə, həm də ballistik raket təhlükəsi aradan qaldırılıb.

Bu arada, Pentaqonun müşahidəçiləri hücumların daha çox yerüstü infrastruktur və giriş-çıxış yollarını dağıtdığını, əsas avadanlıqların isə yerin dərin qatlarında olduğu üçün salamat qaldığını bildirirlər. Hətta bəzi məlumatlara görə, İran hücumdan öncə zənginləşdirilmiş uranın bir hissəsini təxliyə edib.

Qeyd edək ki, ABŞ Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən obyektləri bunkerə qarşı bombalarla vurub. Bu bombalar 18 metr betonu və ya 61 metr torpağı deşə bilir.

İran tərəfi isə bildirib ki, həmin obyektlər əvvəldən boşaldılıb və ciddi zərər baş verməyib. İranın dövlət televiziyasının nümayəndəsi Həsən Abedini deyib ki, zərbələr ölkəyə “ciddi zərbə vurmayıb”.

Qeyd edək ki, bazar ertəsi İran ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd hərbi bazasına raket hücumu təşkil edib. Lakin bu hücumun qarşısı alınaraq heç bir itki qeydə alınmayıb.

Bu hadisədən sonra Tramp İsrail və İranı atəşkəsə razı salmağa çalışıb. Hər iki ölkə daha sonra atəşkəsin qüvvəyə mindiyini təsdiqləyib.







Избранный
11
1
azadmedia.az

2Источники