RU

Moskvada bu ölkənin agentləri saxlanıldı

Moskvada Rusiyanın təhlükəsizliyinə qarşı tapşırıqları olan iki Moldova kəşfiyyatçısı saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Rusiya Federasiyasının Moskvadakı Federal Təhlükəsizlik Xidməti Moldova xüsusi xidmət orqanlarının agentlərinin qanunsuz fəaliyyətini aşkar edib. Müəyyən edilib ki, Moldovanın iki vətəndaşı saxta şəxsiyyət məlumatları olan əhatəedici sənədlərdən istifadə edərək Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin tapşırıqlarını yerinə yetirmək məqsədilə Moskvaya gəliblər”, - məlumatda deyilir.

Rusiya FTX-nin İstintaq İdarəsi Rusiya Cinayət Məcəlləsinin 275.1-ci “Xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla konfidensial əsaslarla əməkdaşlıq” maddəsi ilə cinayət işi açıb.

Bildirilir ki, şübhəlilər hər şeyi etiraf edib. Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Избранный
13
publika.az

1Источники