“Sumqayıt”da ayrılıq gerçəkləşib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilə müddəti başa çatan yarımmüdafiəçi Murad Xaçayev ilə yollar ayrılıb.
Qeyd edək ki, 2018-ci ildən “Sumqayıt”ın formasını geyinən Murad Xaçayev bu müddət ərzində bütün turnirlər daxil olmaqla 176 oyun keçirib. Xaçayev bu oyunlarda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.