"Sumqayıt" daha bir futbolçusu ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Murad Xaçayevlə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, 2018-ci ildən "Sumqayıt"ın formasını geyən Murad bu müddət ərzində bütün turnirlər daxil olmaqla 176 oyun keçirib. Xaçayev bu oyunlarda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.
Xatırladaq ki, bu yay Miloş Miloviç, Momo Yansane və Rövlan Muradov da "Sumqayıt"dan ayrılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta