RU

"Tramp və Putin mənim arvadıma heyrandırlar..." -Netanyahu

İsrail baş naziri Benyamin Netanyahu "Kanal 14"-ün jurnalisti Yaakov Bardugo ilə müsahibədə İsrail mediasının həyat yoldaşı Saranın bədən quruluşunu yanlış təsvir etməsinə görə qəzəbləndiyini bildirib.
 
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Onun sözlərinə görə, hətta ABŞ və Rusiya prezidentləri kimi dünya liderləri də Saraya yerli mətbuatın bir çox nümayəndələrindən daha çox hörmət edirlər.
 
“Tramp mənə deyir: “Sizin heyrətamiz bir həyat yoldaşınız var, o, sadəcə, qəribə bir qadındır. Tramp həmişə, hər söhbətdə ona salam deyir: "Saraya salam söylə". Sən də bilirsən ki, onlar ağıllı insanlardır, onlar təbliğata uymurlar, onlar başa düşürlər.
 
Hökumət başçısı həmçinin qeyd edib ki, onun fikrincə, həyat yoldaşının ölkənin maraqlarına verdiyi töhfəni tam başa düşən dünya liderləridir. Netanyahu vurğulayıb ki, xanımı Saranın İsrailin xeyrinə göstərdiyi səylər onlarda güclü təəssürat yaradır və bunu qiymətləndirmək çətindir.

Daha əvvəl İsrail KİV-i yazıb ki, məlumata görə, onların kiçik oğlu Avnerin toyu ərəfəsində Netanyahu ailəsi fəal şəkildə hazırlaşır və Sara Netanyahu İsrail polisinin rəhbərinə bir sıra qeyri-standart tələblərlə müraciət edib. Mənbələrin sözlərinə görə, onun məqsədi mərasimin etiraz aksiyaları olmadan keçirilməsini təmin etməkdir.

Bundan əlavə, yerli media artıq baş nazirin xanımı Sara Netanyahunun bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın gəlini, oğlu Erikin həyat yoldaşı Lara Trampa müsahibə verdiyi barədə məlumat yayıb. Müsahibədə Sara həm əri Netanyahunun, həm də Trampın eyni nüfuzlu gizli siyasi qüvvələrin təzyiq və təqibləri ilə üzləşdiyi qənaətində olduğunu bildirib.

S.Laçın
Избранный
5
1
moderator.az

2Источники