RU

CNN: ABŞ kəşfiyyatı İranın nüvə obyektlərinin məhv olunmadığını düşünür

ABŞ-nin kəşfiyyat nümayəndələri hesab edir ki, Birləşmiş Ştatların İrana zərbələri Tehranın nüvə proqramının əsas komponentlərini məhv etməyib.

“Report” xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

Kəşfiyyatın ilkin qiymətləndirmələrinə görə, hücum böyük ehtimalla Tehranın nüvə bombası əldə etməsini bir neçə ay gecikdirib.

"Bu iddia edilən qiymətləndirmə tamamilə yanlışdır", - CNN Ağ Evin mətbuat katibi Kerolayn Livittdən sitat gətirib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Birləşmiş Ştatlar münaqişəyə doqquz gün sonra daxil olub: iyunun 22-nə keçən gecə ABŞ qüvvələri İranın üç nüvə obyektinə hücum edib.

İyunun 23-də axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük - Qətərdəki Əl-Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur və ciddi ziyan dəyməyib.

Trampın sözlərinə görə, İsrail və İran tam atəşkəs barədə razılığa gəliblər. İsrail rəsmiləri ABŞ-nin təklifini qəbul etdiklərini təsdiqləyib və bütün tapşırıqlarını yerinə yetirdiklərini bildiriblər. İran İsraili birtərəfli qaydada təcavüzə son qoymağa məcbur etdiyini bildirib.

Избранный
16
50
report.az

10Источники