BAKI, 23 iyun. TELEQRAF
ABŞ prezidenti Donald Tramp İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinin tamamilə məhv edildiyini bir daha bəyan edib.
Teleqraf xəbər verir ki, Amerika lideri “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb: "Bu məlumatın düzgünlüyünə yalnız "fake nwus" saytları şübhə ilə yanaşır".
İyunun 22-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İranın üç nüvə obyektinə - Fordo, Natanz və İsfahanda hücum edib. Hücum zamanı ilk dəfə GBU-57 super güclü beton deşici bombalardan istifadə edildi.