RU

“Sabah”ın rəqibi xorvatiyalı qapıçı TRANSFER ETDİ

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" heyətinə yeni qapıçı cəlb edib.

Bizim.Media xəbər verir ki, Sloveniya təmsilçisi "Makkabi" (Tel Əviv) ilə müqaviləsi başa çatan Simon Sluqanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuaat xidməti məllumat yayıb.

32 yaşlı xorvatiyalı "əlcək sahibi" ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, "Sabah" "Çelye" ilə ilk oyunu 10 iyul tarixində Bakıda "Bank Respublika Arena"da keçirəcək. Komandalar arasındakı cavab görüşü isə ayın 17-də Sloveniyada baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
11
1
bizim.media

2Источники