RU

ABŞ-nin zərbələri İranın nüvə obyektlərini məhv etməyib - Kəşfiyyat

ABŞ kəşfiyyat ictimaiyyəti hesab edir ki, ABŞ-nin İrana zərbələri Tehranın nüvə proqramının əsas komponentlərini məhv etməyib.

Redaktor.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən CNN məlumat yayıb.

Kəşfiyyatın ilkin qiymətləndirmələrinə görə, hücum böyük ehtimalla Tehranın nüvə bombası əldə etməsini bir neçə ay gecikdirib. CNN Ağ Evin mətbuat katibi Karolin Levittdən sitat gətirir: "Bu iddia edilən qiymətləndirmə tamamilə yanlışdır".

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. ABŞ münaqişənin gərginləşməsindən doqquz gün sonra daxil oldu: 22 iyun gecəsi Amerika qüvvələri İranın üç nüvə obyektinə (Fordo, Natanz və İsfahanda) hücum etdi. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur və ciddi ziyan dəyməyib.

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, İsrail və İran tam atəşkəs barədə razılığa gəliblər. İsrail rəsmiləri ABŞ-nin təklifini qəbul etdiklərini təsdiqləyib və bütün məqsədlərini yerinə yetirdiklərini bildiriblər. İran İsraili birtərəfli qaydada təcavüzə son qoymağa məcbur etdiyini bildirib.

Turan İSMAYIL

Избранный
18
50
redaktor.az

10Источники