Rusiya Ukraynanın Dnepr vilayətinə ballistik raketlərlə zərbələr endirib.
Sitat.info xəbər verir ki, bu gün səhər saatlarında Rusiyanın Dneprə zərbələri nəticəsində ölənlərin sayı 17-yə, yaralıların sayı isə 279-a çatıb.
Bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısak deyib.
O, yaralılar arasında 27 uşağın olduğunu bildirib.