RU

Almaniya klubu Mahir Emrelinin transferini rəsmən açıqladı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Almaniya təmsilçisi "Kayzerslautern"a transferi rəsmən açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə II Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu yeni komandası ilə 3 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"in heyətində keçirib.

Избранный
10
3
musavat.com

3Источники