RU

“İrana qarşı kampaniya hələ bitməyib” İsrailin Baş Qərargah rəisi

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

“Biz mühüm mərhələni başa vurmuşuq, lakin İrana qarşı kampaniya hələ bitməyib”.

Yeniavaz.com xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir operativ müşavirənin yekunları üzrə deyib.

“Biz hazırkı nailiyyətlərə əsaslanaraq yeni mərhələyə qədəm qoyuruq”, - hərbi komandir bildirib.

Zamir bütün İsrail ordusunun, İrana qarşı əməliyyatda iştirak edən hər kəsin hərəkətlərini yüksək qiymətləndirib:

“Biz İranın nüvə layihəsini illər geriyə atmışıq və eyni şey onun raket proqramına da aiddir. Bu fenomenal nailiyyətə baxmayaraq, biz möhkəm dayanmalıyıq. Qarşıda hələ çox sınaqlar var. Diqqətimizi cəmləməliyik, uğurlarımızda dincəlməyə vaxtımız yoxdur. İndi diqqət yenidən Qəzzaya - girovların evlərinə qaytarılmasına və HƏMAS hərəkatının məhvinə yönəlib”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
yeniavaz.com

1Источники