Rusiya Federasiyasının Ukraynada başladığı müharibəyə son qoyması üçün dünya ictimaiyyəti qəti addımlar atmalıdır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin Niderland parlamentindəki çıxışına istinadən məlumat yayıb.
Onun fikrincə, effektiv strategiya iki əsas istiqamətə əsaslanmalıdır: Rusiyanın maksimum təcrid olunması və Ukraynaya sabit müdafiə dəstəyi.
Zelenski çıxışı zamanı qeyd edib ki, müharibəni bitirmək üçün ilk addım Rusiyanın tam siyasi və iqtisadi cəhətdən təcrid olunmasıdır.
Bu, təkcə artıq qüvvədə olan məhdudiyyətlərdən deyil, həm də “ağrılı sanksiyalardan”, xüsusən də Rusiya nefti ilə bağlıdır.
“Bizə 18-ci paket lazımdır, Rusiya neftinə qarşı real ağrılı sanksiyalar lazımdır”, - Ukraynanın dövlət başçısı bildirib.
QAZİLER.AZ