RU

Almaniyada ötən il mağazalardan 3 milyard avro dəyərində oğurluq edilib

Almaniyada ötən il mağazalardan 3 milyard avro dəyərində oğurluq edilib

Almaniyada mağazalardan ötən il təxminən 3 milyard avro dəyərində malın oğurlandığı bildirilib.

EHI Pərakəndəçilik İnstitutunun apardığı araşdırmaya görə, Almaniyada pərakəndə satış sahəsində oğurluq səbəbindən ötən il baş verən zərər əvvəlki illə müqayisədə 20 faiz artıb. Bu zərərin üçdə biri isə təşkilatlanmış cinayətkar qrupların fəaliyyəti ilə bağlı olub.

2024-cü ildə oğrular pərakəndəçilərdən təxminən 3 milyard avro dəyərində mal oğurlayıb.

Almaniya Pərakəndəçilər Birliyinin (HDE) rəhbəri Stefan Gent mövzu ilə bağlı açıqlamasında “Bu, belə davam edə bilməz. Bu qədər dramatik bir inkişaf artıq siyasətçilər tərəfindən görməzlikdən gəlməməlidir. Pərakəndə sektoru bu qanunvericilik dövründə oğurluq hallarının azaldılmasına yönəlik əhəmiyyətli tədbirlər gözləyir” deyə bildirib.

Gent bir çox pərakəndəçinin edilən şikayətlərin nadir hallarda cəzalandırma ilə nəticələnməsi səbəbindən məyus olduqlarını, buna görə də oğurluq halları ilə bağlı cinayət işi qaldırmaqdan və bununla bağlı olan bürokratik çətinliklərdən qaçdıqlarını bildirib. O, mağaza oğurluğunun əhəmiyyətsiz məsələ olmadığını vurğulayıb.

Избранный
22
afn.az

1Источники