RU

Onana millidəki komanda yoldaşını “Mançester Yunayted”ə dəvət edib

"Mançester Yunayted"in qapıçısı Andre Onana Kamerun millisindən komanda yoldaşı, "Brentford"un hücumçusu Bryan Mbemo ilə klub dəyişmək mövzusunda fikir mübadiləsi aparıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. Məlumata görə, Onana Mbemoya növbəti mövsümdə "Mançester Yunayted"in heyətində birlikdə çıxış etməyin əla olacağını deyib.

Hazırda futbolçular və klublar arasında rəsmi danışıqların aparılıb-aparılmadığı barədə məlumat yoxdur.

Mbemo ötən mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

Избранный
7
90deqiqe.az

1Источники