RU

Ərdoğan və Tramp bu gecə görüşəcək – Saat açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Zirvəsində iştirak üçün Haaqaya gedib. O, bu gecə saat 23:30-da ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Sherg.az xəbər verir ki, iki günlük zirvədə Avropanın təhlükəsizliyi və müdafiə xərcləri əsas müzakirə mövzuları olacaq. Bu görüşün Soyuq Müharibədən bəri ən önəmli NATO toplantısı olduğu bildirilir.

Görüşün gündəmində nə var?

Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması iki ölkə arasında gərginlik yaratmışdı. Bu səbəblə ABŞ, Türkiyəyə F-35 qırıcılarının satışını dayandırmışdı.

Ərdoğanın, S-400 sisteminin "nəzarətli şəkildə" istifadə olunacağına dair zəmanət verərək Trampı bu qadağanı qaldırmağa razı salmağa çalışacağı gözlənilir.

Türkiyə, həm 40 ədəd F-35, həm də 40 ədəd F-16 təyyarəsi almaq istəyir. Eyni zamanda, ABŞ istehsalı F110 və F404 mühərriklərinin alınması və montajı üçün icazə axtarır. Bu mühərriklər KAAN və Hürjet təyyarələrində istifadə edilir.

Görüşdə SDQ-nin yeni Suriya ordusuna inteqrasiyası və İsrailin Suriyada daimi hərbi baza qurmaq cəhdləri də gündəmə gələ bilər. Ərdoğanın Trampdan İsraili bölgədə "sakitləşdirməyi" istəyə biləcəyi deyilir.

NATO Baş katibi Mark Rutte bildirib: “Türkiyənin güclü müdafiə sənayesi var. Bu sektorun Birləşmiş Krallıq, Norveç və Aİ ilə daha sıx əməkdaşlıq etməsi vacibdir.”

Ukrayna Prezidenti Volodimir Zelenski də zirvədə iştirak edən liderlər arasında olacaq.
Избранный
10
sherg.az

1Источники