Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Kart"ın operatoru - "KGroup" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsinicərimə edib.
Bu barədə Trendtənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, buna səbəb “Ödəniş xidmətləri və ödənişsistemləri haqqında” qanunun 7.3-cü maddəsinin tələbinin (Pulvəsaitlərinin təhlükəsizliyinin təmin olunması) pozulmasıdır.
"Buna görə də “K Group”un vəzifəli şəxsi İnzibati XətalarMəcəlləsinin 439-2.2.-ci maddəsinə müvafiq olaraq 2 000 manatcərimə olunub", - məlumatda vurğulanıb.