RU

3 yaşlı Nazlı hovuza yıxılıb öldü

3 yaşlı Nazlı hovuza yıxılıb öldüTürkiyədə 3 yaşlı Nazlı ailəsi ilə birlikdə tətil etmək üçün gəldiyi evin hovuzuna yıxılaraq vəfat edib.

BiG.AZ xəbər verir ki bu barədə türk mətbuatı bildirib.

İzmirin Urla rayonuna tətilə gələn Sarıl Ailəsi 3 yaşlı qızı Nazlı Sarılı kompleksin hovuzuna düşərək boğularaq həyatını itirib. Hadisə ötən bazar günü Urla rayonunun Zeytinlər məhəlləsində baş verib.
Əldə edilən məlumata görə,Emrah Sarıl dincəlmək üçün həyat yoldaşı Aygül Sarıl, 3 yaşlı qızı Nazlı Sarıl və qohumları ilə birlikdə İzmirin Urla rayonunda hovuzlu ev kirayələyib.

Ailə kirayə qaldıqları evdə Nazlının qəfil yoxa çıxdığı iddia edilir. Qızlarının evin bağçasında hovuza düşdüyünü görən ailə üzvləri dərhal hovuza qaçaraq Nazlını çıxarıblar.
Təcili yardım qısa müddət sonra evə gələrək balaca Nazlını Urla Dövlət Xəstəxanasına aparıblar. Lakin bütün müdaxilələrə baxmayaraq, uşağı xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı istintaq davam edir.

Избранный
52
29
big.az

10Источники