RU

“Yevlax” qovşaq yarımstansiyası ən son rəqəmsal texnologiyalarla təmin olunub (FOTO)

Yevlax. Trend:

Yexlaxda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq“Yevlax” qovşaq yarımstansiyası yaradılıb

Trend xəbərverir ki, “Yevlax” qovşaq yarımstansiyası 60 il əvvəl tikildiyindəntələbatı ödəmirdi.

Respublikanın Mərkəzi Aran regionunun enerji təchizatınınyaxşılaşdırılması, istehlakçıların fasiləsiz keyfiyyətli elektrikenerjisi ilə təmin edilməsi, enerjisistemin dayanıqlılığının vəetibarlılığının artırılması məqsədilə bu yarımstansiya tamamiləyenidən qurulub. Yevlaxın tam, Bərdə və Ucar rayonlarının isəmüəyyən hissəsi daxil olmaqla 180 mindən artıq əhalinin elektriktəchizatında, o cümlədən “Varvara” Su Elektrik Stansiyasındaistehsal edilən yaşıl enerjinin enerjisistemə ötürülməsində xüsusiəhəmiyyətə malik bu yarımstansiyada 110 kilovoltluq yeni açıqpaylayıcı qurğu quraşdırılıb, ərazidə yeni Rəqəmsal İdarəetməMərkəzi tikilib.

Yarımstansiyanın iş rejiminə real zaman çərçivəsində nəzarətedilir. Enerji obyekti ən son rəqəmsal texnologiyalara əsaslanankommutasiya avadanlıqları ilə təchiz edilməklə, elektronresursların kibertəhlükəsizliyi tam təmin olunub. Enerjisistem üzrəbu tip innovativ texnologiyaların tətbiqi planlı və qəza təmirixərclərini 35 faiz, ehtiyat hissələrə tələbatı 29 faiz, təmirişləri üzrə materialların gözlənilmə vaxtını və ehtiyatlarınnormadan artıq olmasını 30 faiz, normativdən artıq iş saatlarınıisə 25 faiz azaltmaqla səmərəliliyi yüksəldir. Burada müasirsayğac-uçot sistemi də quraşdırılıb.

Yarımstansiyanın ərazisində bütün zəruri avadanlıq, qurğu vəsimulyatorlarla təmin edilən üçmərtəbəli Regional Təlim-Tədris vəLaboratoriya Mərkəzi yaradılıb. Mərkəzdə 12 fərqli istiqamət üzrəmühəndis hazırlığı və ixtisasartırma kursları təşkil olunacaq. Buda bölgədə ixtisaslı kadr hazırlığını təmin etməklə məşğulluğunartırılmasına töhfə verəcək.

Tədris prosesinin əyani keçirilməsi, bilik və bacarıqların dahayaxşı mənimsənilməsi üçün yarımstansiyanın həyətyanı sahəsindətransformatorlar, müasir kommutasiya qurğuları, hava və kabelxətlərinin komponentləri ilə tam təchiz edilmiş tədris simulyatoruyaradılıb. Müasir innovasiyalara əsaslanan test-diaqnostikaavadanlıqları ilə təchiz olunan Laboratoriya Mərkəzində isə kimyavə ekologiya, elektrik avadanlıqlarının sınağı və nəzarət-ölçücihazlarının kalibrlənməsi laboratoriyaları da fəaliyyətgöstərəcək. Laboratoriya Mərkəzi həm də paylayıcı şəbəkə, dəmiryolu infrastrukturu və sahibkarlıq subyektlərinin elektroenergetikaavadanlıqlarının test-diaqnostika işlərinin həyata keçirilməsinədəstək olacaq.

Qeyd edək ki, son beş ildə "AzərEnerji" ASC tərəfindənümumilikdə 47 yerdə sistem əhəmiyyətli ötürücü yarımstansiyatikilib və ya tam yenidən qurulub, 2.500 kilometr uzunluğundayüksəkgərginlikli elektrik verilişi xətti çəkilib.

Ölkədə ümumi gücü 3000 meqavatdan artıq elektrik enerjisiistehsal edən 45 stansiya tikilib. Təkcə işğaldan azad edilənərazilərdə tikilən su elektrik stansiyalarının sayı 38, gücü isə307 meqavatdır. Ümumilikdə son illərdə görülən işlər nəticəsindəhər kilovat-saata görə sərf edilən şərti yanacaq 284 qramdan 252qrama düşüb, 2,8 milyard kubmetr təbii qaza qənaət edilib, 1 milyonton karbon qazı emissiyasının atmosferə atılmasının qarşısıalınıb.

“Yevlax”
“Yevlax”
“Yevlax”
“Yevlax”
“Yevlax”
“Yevlax”
“Yevlax”
Məqalədə:
Избранный
7
19
az.trend.az

10Источники