RU

ABA antifraud üzrə tədbirlərin genişləndirilməsini hədəfləyir

Bakı. Trend:

Hazırda müzakirəsi aparılan məsələlərdən biri də antifraud üzrətədbirlərin genişləndirilməsidir.

Bu sözləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidentiZakir Nuriyev bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyəvə Texnologiyalar Sərgisi” çərçivəsində Trend-ə açıqlamasındadeyib.

O, əvvəlcə tədbirlə bağlı təəssüratlarını bölüşüb:

"Bu gün Bakıda keçirilən "FINTEX SUMMIT 2025 – Maliyyə vəTexnologiyalar Sərgisi” çərçivəsində Türk Dövlətləri KreditBürolarının platformasının yaradılması ilə bağlı AnlaşmaMemorandumu imzaladıq. Bu platforma imkan verəcək ki, kreditbürolarının fəaliyyəti daha da təkmilləşdirilsin və inkişafetdirilsin. Eyni zamanda, bu anlaşma Memorandumunu çərçivəsindəkredit büroları bir-biriləri ilə təcrübə mübadiləsi həyata keçirəbiləcəklər".

Z.Nuriyev, həmçinin, bu gün Qazaxıstan MaliyyəçilərAssosiasiyası ilə birlikdə əməkdaşlıq memorandumunun imzalanmasınıxatırladıb:

"Bu da imkam verəcək ki, biz Qazaxıstan MaliyyəçilərAssosiasiyası ilə həm fintex həllərinin, həm bank sektorununinkişaf etdirilməsini təmin edək, həm də açıq bankçılıq, eləcə dərəqəmsallaşma üzrə olan təcrübələri və qanunvericilikdəkiyenilikləri bir-birimizlə bölüşə bilək".

Z.Nuriyev vurğulayıb ki, hazırda müzakirəsi aparılanməsələlərdən biri də antifraud üzrə tədbirləringenişləndirilməsidir:

"Məlumdur ki, antifraud dələduzluğun və fırıldaqçılığınqarşısını almağa yönəlmiş tədbirlər və sistemlər toplusudur. Busahədə mövcud olan təcrübələrin, yeniliklərin banklara və maliyyəsektoru iştirakçılarına, eləcə də digər maraqlı tərəflərəçatdırılmasını həyata keçirməyi hədəfləyirik.

Antifraud dediyimiz məsələ oldur ki, kartlardan oğurluq,fırıldaqçılıq üzrə olan halların qarşısının alınması ilə mübarizəməqsədilə əhalinin maarifləndirilməsi üçün texniki həllərin təqdimedilməsidir".

"Eyni zamanda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biriməsafədən bankçılığın inkişaf etdirilməsi üçün hesabların açılması,təmassız ödənişlərin inkişaf etdirməsi üzrə olan yeniliklərin vətəcrübələrin həm bank sektoruna, həm də digər maliyyə sektoruiştirakçılarına çatdırılmasından ibarət olacaq", - deyə Z.Nuriyevfikrini tamamlayıb.

Избранный
22
az.trend.az

1Источники