RU

Pərvanə Vəliyeva: Süni mayalanma və digər prosedurların qanuni bazasının olması vacibdir

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Nəzərdə tutulan strateji hədəflərə çatmaq üçün ölkəmizdə kifayət qədər resurs və imkanlar mövcud olduğu halda, ilkin səhiyyə xidmətinin bütün ölkə ərazisində qurulmasını ləngidən bəzi məsələlərin həllini tapması da məqsədəuyğun olardı".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Pərvanə Vəliyeva deyib.

O bildirib ki, ilkin tibbi-sanitariya yardımı müəssisələrinin zəruri maddi-texniki bazaya malik olmaması və mövcud kadr çatışmazlığı əhalinin əhəmiyyətli hissəsinin tibbi xidmətlərə əlçatanlığını azaldır, keyfiyyətli tibbi xidmətin göstərilməsinə maneə yaradır:

"Kadrların yerli ehtiyaclara uyğun paylanmaması, bu sahədə peşəkar kadr hazırlığının uzunmüddətli əsasda planlaşdırılmaması, tibb mütəxəssislərinin müasir bilik və klinik təcrübədən yararlanmaq imkanlarının məhdudluğu əhalinin zəruri tibbi xidmətlərə bərabər əlçatanlığına və mövcud kadr resurslarının iş yükünün optimal paylanmasına mənfi təsir göstərir. Təklif edirəm ki, baza tibb təhsili ilə kadrlar ailə həkimi kimi fəaliyyət göstərə bilsinlər, bu ixtisas üzrə ali məktəbə qəbul şərtləri asanlaşdırılsın və stimullaşdırılsın".

"Səhiyyəmizdə arzuolunan digər məqam isə reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsidir. Süni mayalanma və digər prosedurlar günümüzün aktuallığı, dövrün tələbi və cəmiyyətimizin reallığı olsa da, bunun həyata keçirilməsinin qanuni bazasının olması da eyni dərəcədə vacibdir. İndi reproduktiv sağlamlıq məsələlərinə yeni baxış yaranıb. İnanıram ki, VII çağırış Milli Məclisin bu qanunu qəbul etməsi faydalı olardı", - deyə deputat əlavə edib.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
4
oxu.az

5Источники