RU

Avropada qarşıdurma: Bu iki ölkə Rusiyaya qarşı sanksiyaları blokladı

Macarıstan və Slovakiya Avropa İttifaqının Rusiyaya qarşı yeni, 18-ci sanksiya paketini təsdiqləməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə “Evropeyskaya Pravda” adının açıqlanmasını istəməyən Aİ Daimi Nümayəndələr Komitəsinin (Koreper) iyunun 23-də Brüsseldə keçirilmiş iclasının nəticələri ilə tanış olan Aİ diplomatlarına istinadən məlumat yayıb.

“İki nümayəndə heyəti Avropa Şurasının iyunun 26-da keçiriləcək iclasına qədər Rusiyaya qarşı yeni sanksiyaların təsdiqlənməsinə mane olub”, - mənbə bildirib.

O əlavə edib ki, bu ölkələr Slovakiya və Macarıstandır. Beləliklə, Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin təsdiqi əngəllənib.

Nəşrə başqa bir mənbə bildirib ki, iyunun 23-də Avropa Komissiyası Aİ ölkələrinin səfirlərinə 18-ci sanksiya paketinə təklif etdiyi son düzəlişləri təqdim edib və bu düzəlişlər hələ də Rusiya neftinin qiymət tavanının aşağı salınması təkliflərini özündə əks etdirir.

Избранный
3
2
publika.az

3Источники