RU

“Yeni lisey və gimnaziyalar yaradılacaq” Emin Əmrullayev

ain.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

"Hazırda Azərbaycanda 30-dan çox lisey və gimnaziya fəaliyyət göstərir və yaxın gələcəkdə bu sayın artırılması nəzərdə tutulur. Məqsəd istedadlı uşaqların vaxtında aşkar edilməsi və onların dərinləşdirilmiş proqramlarla təhsilə yönləndirilməsidir".

Sfera.az xəbər verir ki, bunu Respublika Fənn Olimpiadalarının mükafatlandırma mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, fizika, riyaziyyat, kimya və biologiya üzrə təmayüllü təhsil müəssisələri uğurla fəaliyyət göstərir:

“Xüsusilə Sumqayıt şəhərindəki tətbiqi təmayüllü lisey və gimnaziyalar, eləcə də Mingəçevirdə fəaliyyət göstərən məktəblər ixtisaslaşma istiqamətində ciddi irəliləyiş nümayiş etdirir. Bu model bölgələrdə genişləndirilməlidir”.

Bəsti Rəfizadə

Sfera.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
sfera.az

2Источники