Mərkəzi Bank komandası İT İdarəetmə, Data İdarəedilməsi və Süni İntellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir.
“APA-Economics” xəbər verir ki, bunu “Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi”ndə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov deyib.
O bildirib ki, yaxın zamanda AMB yekun məhsulları sektora təqdim etməyi planlayır.
“Bu çərçivələr beynəlxalq standartlar əsasında formalaşır və təşkilatlarda olan proseslərin daha dayanıqlı, təhlükəsiz və effektiv olmasını hədəfləyir”- Vüsal Xəlilov əlavə edib.