RU

Əl-Udeid bazasına atılan bütün raketlər ələ keçirilib

Qətər Müdafiə Nazirliyi Əl-Udeid bazasına atılan bütün raketlərin ələ keçirildiyini bildirib. Nazirliyin məlumatına görə, İranın hücumu nəticəsində xəsarət alan olmayıb. Nazirlik Qətərin qisas almaq hüququnu özündə saxladığını bildirib. Bu barədə Qətər mətbuatı məlumat yayıb.

Öz növbəsində ABŞ prezidenti Donald Tramp İranın İraq və Qətərdəki ABŞ bazalarına endirdiyi zərbələrlə bağlı yüksək səviyyəli liderlərlə təcili toplantı çağırıb, Fox News xəbər verir. Axşam saatlarında İran silahlı qüvvələri ABŞ-ın iyunun 22-də ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq “Zəfər müjdəsi” əməliyyatına başladığını elan edib.

Reuters, Axios və Ynet-in məlumatına görə, İran ABŞ Mərkəzi Komandanlığının əməliyyat qərargahının yerləşdiyi Qətərdəki Əl-Udeyd aviabazasına on raket zərbəsi endirib. Bir raket İraqdakı Ayn əl-Əsəd bazasına atılıb.

Əziz Mustafa, Oxuməni.az

Избранный
11
1
oxumeni.az

2Источники