Marsın ionosferi ilk dəfə günorta saatlarında tədqiq edilib.
Publika.az xəbər verir ki, alimlər günəş radiasiyasının təsiri altında yüklü hissəciklərin əmələ gəldiyi atmosferin yuxarı təbəqəsi olan Mars ionosferi haqqında biliklərini genişləndiriblər.
Tədqiqatçılar ilk dəfə Mars gününün ortalarına yaxın ionosferin vəziyyəti haqqında məlumat əldə etməyə imkan verən unikal tədqiqat metodundan istifadə ediblər.
Tədqiqatın nəticələri “Journal of Geophysical Research: Planets” jurnalında dərc olunub.
Alimlər müəyyən ediblər ki, üst təbəqədə maksimum elektron sıxlığı gün ərzində əvvəllər düşünüldüyündən daha yumşaq şəkildə dəyişir.
Bundan əlavə, aşağı təbəqənin yoxa çıxması ilə bağlı əvvəlki fərziyyələr təkzib edilib. Bu təbəqənin hətta günorta saatlarında da qaldığı müəyyən edilib.