RU

ABŞ-də tornado nəticəsində 6 nəfər ölüb

Həftəsonu ABŞ-nin Şimali Dakota və Nyu-York ştatlarını vuran tornadolar nəticəsində 6 nəfər həyatını itirib.

Operativ Media xəbər verir ki, Kass dairəsinin şerifi Jesse Jahner mətbuat konfransında həftəsonu tornadoların qurbanlarının sayını açıqlayıb.

Jahner bildirib ki, Şimali Dakota ştatının Enderlin şəhəri yaxınlığında 70-80 yaşları arasında üç nəfər ölüb.

Oneida qraflığının şerif ofisinin məlumatına görə, Nyu-Yorkun Klark Mills şəhərində baş verən fəlakətdə 6 yaşlı əkiz qardaş da daxil olmaqla üç nəfər həyatını itirib.

Избранный
12
operativmedia.az

1Источники