RU

KDÇ: PSJ 1/8 finalda, “Atletiko Madrid” qrupda qalıb

Bakı, 24 iyun, AZƏRTAC

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatı (KDÇ) davam edir.

ZƏRTAC xəbər verir ki, B qrupunun üçüncü turunda Fransa nəhəngi PSJ ABŞ təmsilçisi “Sietl Saunders"i 2:0 hesabı ilə məğlub edib.

Eyni qrupda yer alan İspaniyanın "Atletiko Madrid" kollektivi isə Braziliya "Botafoqo"sunu 1:0 hesabı ilə üstələyib.

PSJ 6 xalla qrup lideri olub və 1/8 finala vəsiqə qazanıb. Madrid təmsilçisi isə qalib gəlməsinə baxmayaraq, turnir cədvəlini üçüncü bitirib, 6 xalla ikinci olan "Botafoqo" isə pley-offa yüksəlib.

Избранный
30
36
azertag.az

10Источники