RU

Bu şirkət Osimhenin transferində “Qalatasaray”a yardım edəcək

Viktor Osimhenin gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik hökm sürür.

"Football-plus.az" xəbər verir ki, Avropadan, Səduiyyə Ərəbistanından və “Qalatasaray”ın özündən ciddi təkliflərə baxmayaraq, nigeriyalı hücumçu hələ də hansı klubda oynayacağına qərar verməyib.

Türkiyədə keçirdiyi bir il ərzində fırtına kimi əsən, amma müqavilə ilə “Napoli”yə məxsus olan 26 yaşlı futbolçu vətənində yeni açıqlamalar verib:
“Mövsüm bitəndən sonra transfer xəbərlərinin ortaya çıxması normaldı. Mən hazırda tətilimə köklənmişəm, dincəlirəm. “Qalatasaray”da vurduğum bəzi qolları, epizodları izləyirəm, oyunumun güclü və zəif yönlərini araşdırıram. Belə şeylər inkişafıma yardım edir”.
Səudiyyə Ərəbistanından isə yeni xəbərlər gəlir. Ən son məlumatlara görə “Əl-Hilal” təklifi astronomik həddə çatdırıb. Bu klub Osimhenə illik 50 milyon avro təklif edib! Ər-Riyad təmsilçisinin yeni baş məşqçisi Simone İnzaqi də rəhbərlikdən birmənalı şəkildə Osimhenin transferini tələb edib. Bu arada “Qalatasaray”ın başqan vəkili Abdulla Kavukcu da bu mövzuda yeni açıqlamalar verib.

Qeyd edək ki, Türkiyə çempionu “Pasifik Holdinq” şirkəti ilə yeni sponsorluq müqaviləsi imzalayıb. “Cim-Bom” önümüzdəki mövsüm bu anlaşmadan 10 milyon avro qazanacaq!

Bundan başqa, bu şirkət “sarı-qırmızılar”a Osimhenin transferi zamanı da yardım etməyə hazırdı. Abdulla Kavukcunu dinləyək:
“Əl-Hilal” Osimhenə yanvarda da ciddi təklif irəli sürmüşdü. Amma Osimhen həmin vaxt bizimlə qalmağa üstünlük verdi. “Qalatasaray” böyükmarkadı. Bizim indi Avropa nəhənglərindən yeganə fərqimiz yayın gəlirləridi. Digər bütün gəlirlərdə onlarla eyni səviyyədəyik. Bu gün gəldiyimz nöqtədə iddialı şəkildə deyə bilərik ki, Osimhen uğrunda mübarizədə biz də varıq. Hətta ona Avropanın bir çox klubundan daha yaxşı şərtlər təklif etmişik. “Napoli” ilə də görüşmüşük. Artıq son söz Osimhenindi. Qərarını verməlidi. Səudiyyə Ərəbistanı klubları dövlət dəstəyi aldığı üçün onlar bu yarışda tam fərqli nöqtədə yer alır. Biz də “Pasifik Holdinq”dən sponsor dəstəyi alacağıq. Bunu ilk dəfə mətbuata açıqlayıram. Şirkətin idarə heyətinin sədri Fatih Ərdoğan da Osimheni transfer etməyimizi çox istəyir. Ondan böyük dəstək alacağıq. Dünyadakı bütün klublarla savaşa biləcək bir heyət qurmaq istəyirik. Bunun üçün də gecə-gündüz durmadan çalışırıq”.
Избранный
22
1
football-plus.az

2Источники