Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiya nüvə silahını İrana tədarük etmək niyyətində deyil.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın nüvə silahının İrana ötürülməsi ehtimalı ilə bağlı narahatlığına cavab olaraq öz sosial şəbəkə hesabında bildirib.
D.Medvedev xatırladıb ki, İsraildən fərqli olaraq, Rusiya Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalayıb.
O, əvvəlki paylaşımında Rusiyanı yox, başqa ölkələri nəzərdə tutduğunu izah edib. “Digər ölkələr fərqli davrana bilər – və bu, müzakirə olunub”, – Rusiyanın keçmiş prezidenti deyib.
Xatırladaq ki, D.Medvedevin əvvəlki paylaşımında bəzi ölkələrin İrana nüvə silahını ötürə biləcəklərini bildirmişdi.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.