RU

“Şamaxı” üçüncü sınaq matçında “Kəpəz”lə qarşılaşacaq

Xəbər verdiyimiz kimi, “Şamaxı” Azərbaycan Premyer Liqasının yeni mövsümünün hazırlığına iyulun 5-də Qəbələ şəhərində start verəcək.

Arena.az xəbər verir ki, artıq sözügedən komandanın bu toplanış zamanı yoxlama oyunu keçirəcəyi üçüncü rəqibi də məlumdur.

Belə ki, Ayxan Abbasov komandasını “Kəpəz”lə görüşdə sınaqdan keçirəcək. Bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, qarşılaşma iyulun 26-da Qəbələ şəhər stadionunda keçiriləcək.

“Şamaxı” toplanış zamanı keçirəcəyi ilk yoxlama oyununda “Qəbələ” ilə qarşılaşacaq. Bu qarşılaşma iyulun 14-də Qəbələ şəhər stadionunda keçiriləcək. Bundan bir həftə sonra, ayın 21-də isə “Karvan”la yoxlama oyunu nəzərdə tutulub.

Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi “Şamaxı”nın yay təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-nə qədər davam edəcək. Komanda hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırılır. Digər rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.

Избранный
19
15
arena.az

10Источники