RU

Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətiləQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindətədbir keçirilib.

Trend xəbər verir ki, tədbirigiriş sözü ilə açan Komitə sədri Rövşən Rzayev dövlətqulluqçularını əlamətdar gün münasibətilə təbrik edib, onlaraməsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

O, Prezident İlham Əliyevin “Dövlət qulluğunda olmaq imtiyazdeyil, məsuliyyət və insanlara xidmət imkanıdır” fikrinixatırladaraq bildirib ki, dövlət qulluğu vətəndaşlara xidmətmissiyasını daşıyır və yüksək peşəkarlıq tələb edir. Sədr çıxışındaKomitənin fəaliyyət sahəsi olan qaçqınlar və məcburi köçkünlərləişin xüsusi əhəmiyyətindən danışıb. Bildirilib ki, bu sahədə həyatakeçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri BöyükQayıdış prosesidir. Həmin prosesin uğurla reallaşdırılması üçünKomitənin əməkdaşlarına ciddi vəzifələr düşür və hər bir dövlətqulluqçusu bu istiqamətdə yüksək məsuliyyətlə çalışmalıdır.Tədbirdə Prezident İlham Əliyevin və Birinci vitse-prezidentMehriban xanım Əliyevanın qaçqınlar və məcburi köçkünlərlə bağlıməsələlərin həllinə xüsusi diqqət və qayğısı dərin minnətdarlıqhissi ilə qeyd edilib.

Eyni zamanda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 21iyun 2025-ci il tarixli Sərəncamına əsasən, dövlət qulluğundasəmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Qaçqınlarınvə Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 3 əməkdaşı -Zeynalov Təbriz Əmirxan oğlu, Xələfova Şəhla Əvəz qızı və HəsənovaSevgili Mehdi qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilətəltif olunublar. Təltif edilən şəxslər onlara etimad göstərildiyivə fəaliyyətləri ali səviyyədə qiymətləndirildiyi üçün dövlətbaşçısına təşəkkür edib, gələcək işlərini daha da səmərələri vəeffektiv quracaqlarını qeyd ediblər.

Daha sonra Komitənin sosial media fəaliyyətində fəallıq göstərənbir qrup əməkdaşa təşəkkürnamələr təqdim edilib. Sonda çıxış edəndigər dövlət qulluqçuları həmkarlarını peşə bayramı münasibətilətəbrik edib, yaradılan iş şəraitinə və göstərilən etimada görə ölkərəhbərliyinə təşəkkürlərini bildiriblər.

Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Избранный
14
14
az.trend.az

10Источники