RU

Rusiya: Ukraynanın Kiyev vilayətindəki hərbi sənaye obyektlərini vurduq

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kiyev vilayətindəki hərbi sənaye obyektlərini yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə vurduqlarını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin açıqlamasında Rusiya ordusunun Ukraynaya qarşı hərəkətləri barədə məlumat verilib.

Bəyanatda deyilir:

"Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın Kiyev vilayətindəki hərbi-sənaye obyektlərinə, hərbi hava limanının infrastrukturuna, mina və torpedo arsenallarına yüksək dəqiqliyə malik silahlar və PUA-larla hücum edib. Hücum öz məqsədinə çatıb və bütün hədəflər uğurla vurulub".

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
azxeber.com

1Источники