RU

“Euronews Academy” “Rəqəmsal Jurnalistika” mövzusunda təlim proqramına başlayıb (FOTO)

Bakı. Trend:

İyunun 23-də Medianın İnkişafı Agentliyi və Avropanın aparıcıxəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgəəməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədrisproqramına start verilib.

Bu barədə Trend-ə MEDİA-dan məlumat verilib.

Açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçıdirektoru Fernando Soares bildirib ki, sözügedən proqram gəncjurnalistlərə beynəlxalq standartlara uyğun bilik və bacarıqlarqazandırmaqla yanaşı, onları informasiya mühitində mövcudçağırışlara cavab verə bilən peşəkar kadrlar kimi formalaşdırmağıhədəfləyir. O, layihənin jurnalistlərin etik prinsiplərə sadiqqalaraq keyfiyyətli və obyektiv xəbər istehsalına mühüm töhfəverəcəyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini NatiqMəmmədli isə qeyd edib ki, media sahəsində peşəkarlığınartırılması, müasir jurnalistika standartlarının təşviqi vərəqəmsal dövrdə yeni bacarıqların əldə olunması baxımından beləbeynəlxalq platformaların rolu böyükdür. O, tədris proqramınınAzərbaycanda informasiya mühitinin inkişafı və jurnalistlərinbeynəlxalq təcrübə ilə zənginləşməsində vacib rol oynayacağını qeydedib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı,Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu isə çıxışında belətəşəbbüslərin gənc jurnalistlərin qlobal media proseslərinəinteqrasiyasına təkan verdiyini bildirib. O diqqətə çatdırıb ki,beynəlxalq ekspertlərlə birbaşa ünsiyyət imkanını təmin edənproqramlar tələbələrin nəzəri biliklərini praktik bacarıqlarlazənginləşdirməsinə şərait yaradır.

Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyasındakeçirilən beşgünlük təlim proqramının ilk günü “Rəqəmsal xəbərtoplama və məlumatlara əsaslanan jurnalistika” mövzusuna həsrolunub. İştirakçılar “Euronews” telekanalının tanınmış mütəxəssisi,14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalistiTuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə xəbərlərintoplanması, məlumatların təhlili və faktlara əsaslananjurnalistikanın əsas prinsipləri ilə tanış olublar.

Təlim proqramı interaktiv mühazirələr, praktiki tapşırıqlar,qrup müzakirələri, mətn və video analizləri ilə davam edib.

Qeyd edilib ki, təlim proqramı iyunun 27-dək davam edəcək.

“Euronews
“Euronews
“Euronews
“Euronews
“Euronews
“Euronews
“Euronews
“Euronews
“Euronews
Избранный
14
28
az.trend.az

10Источники