RU

Britaniya, Fransa və Almaniya İranı regionda sabitliyi poza biləcək addımlardan çəkinməyə çağırır

İngiltərə, Fransa və Almaniya liderləri ABŞ-ın gecə ərzində İranın nüvə obyektlərinə hücumundan sonra birgə bəyanat yayaraq, “İranı regionda sabitliyi poza biləcək əlavə addımlar atmamağa çağırırıq” deyib.

Böyük Britaniyanın baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Merz və Fransa prezidenti Emmanuel Makron arasında Yaxın Şərqdəki son hadisələrlə bağlı telefon danışığı olub. Liderlər görüşdən sonra birgə bəyanat yayıblar:

"Bu gün biz Yaxın Şərqdə baş verən son hadisələri müzakirə etdik. Biz regionun bütün ölkələri üçün sülh və sabitliyə sadiqliyimizi bir daha bəyan edirik. Biz İsrailin təhlükəsizliyini dəstəklədiyimizi bir daha təsdiqləyirik. Biz həmişə ardıcıl olaraq mövqeyimizi bəyan etmişik ki, İran heç vaxt nüvə silahına malik olmayacaq və bundan sonra regional təhlükəsizliyə təhdid yaratmayacaq".

Избранный
13
kommersant.az

1Источники