RU

Dünyanın ən yaxşı on mərkəz müdafiəçisi açıqlanıb

Dünya futbolunun hazırda ən yaxşı on mərkəz müdafiəçisinin siyahısı açıqlanıb 

Operativ Media xəbər verir ki, siyahını İngiltərənin “FourFourTwo” jurnalı tərtib edib.

Birinci pillədə İngiltərə çempionu “Liverpul”un futbolçusu Vircil van Deyk qərarlaşıb.

İlk onluqda, həmçinin Uilyam Saliba (“Arsenal”), Alessandro Bastoni (“İnter”), Qabriel Maqalhaes (“Arsenal”), İbrahim Konate (“Liverpul”), Antonio Rüdiger (“Real Madrid”), Markinyos (“PSJ”), Pau Kubarsi (“Barselona”), Din Houzen (“Real Madrid”) və Ruben Dias (“Mançester Siti”) yer alıblar.

Ötən mövsüm Van Deyk 49 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
10
operativmedia.az

1Источники