RU

Balıq tullantılarını yeməyə çevirən startap - 1,75 milyon dollar investisiya aldı

Finlandiyada balıq tullantılarından yeni məhsullar hazırlayan “Hailia” 1,75 milyon avro investisiya cəlb edib

Valyuta.az xəbər verir ki, Finlandiyanın Karkkila şəhərində fəaliyyət göstərən “Hailia” qida texnologiyaları startapı balıq emalı tullantılarından - baş, üzgəc və skelet kimi hissələrdən insan qidası üçün hazır məhsullar hazırlamaq məqsədilə 1,75 milyon avro sərmayə cəlb edib.

Belə ki, yatırım turuna “Holdix”, “Ikorni Invest” və digər investorlarla yanaşı, Finlandiyanın balıq emalı şirkəti “Kalavapriikki” və Danimarkanın mühəndislik şirkəti “Dana Technology” də qoşulub. Yeni tərəfdaşlıq çərçivəsində “Hailia” texnologiyasının beynəlxalq lisenziyalaşdırılması və istehsal miqyasının genişləndirilməsi planlaşdırılır.

“Hailia” 2021-ci ildə yaradılıb və az istifadə olunan balıq hissələrindən dayanıqlı dəniz məhsulları istehsalı ilə məşğuldur. Şirkət texnologiyasını digər balıq emalı müəssisələrinə də lisenziya əsasında təqdim edir.

2024-cü ildə “Kalavapriikki” və “S-Group” ilə birgə “didilmiş alabalıq” məhsulunu bazara çıxaran “Hailia”, eyni zamanda sənaye mətbəxləri üçün də məhsullar istehsal edib. Yeni investisiya şirkətin qlobal miqyasda genişlənməsinə və texnologiyasının təkmilləşdirilməsinə imkan yaradacaq.

Mütəxəssislərə görə, 2050-ci ilə qədər dəniz məhsullarına olan qlobal tələbatın 50% artması gözlənilir. Balıq tullantılarından insan qidası üçün 20–40% daha çox istifadə edilməsi bu artan ehtiyacı qarşılamada mühüm addım hesab olunur.

Sərvanə Rəmixanova

Избранный
55
22
valyuta.az

10Источники