RU

Trampdan “MİGA” şüarı

İran rejiminin ölkənin inkişafına mane olduğunu bildirən ABŞ prezidenti Donald Tramp “İranda rejim dəyişikliyi” ideyasını səsləndirib.

Tramp, “Truth Social” sosial media platformasındakı paylaşımında İranda rejim dəyişikliyi ideyasına açıq olduğunu bildirib.

“Rejim dəyişikliyi” ifadəsini işlətmək siyasi baxımdan düzgün deyil, amma indiki İran rejimi ölkəni yenidən möhtəşəm etmirsə, niyə dəyişməsin? Bu ifadəni işlədən Tramp “Gəlin İranı yenidən möhtəşəm edək (MIGA!!!)” yazıb.

Bir-birinin ardınca bir neçə fərqli mövzuya toxunduğu hesabındakı başqa bir yazıda prezident Tramp ABŞ-ın İrana hava hücumu zamanı nüvə obyektlərinə dəymiş ziyanın “çox böyük” olduğunu bildirib.

"Zərbələr sərt və dəqiq idi. Ordumuz böyük məharət nümayiş etdirdi" ifadələri ilə Tramp ABŞ ordusunu tərifləyib.

ABŞ prezidenti həmçinin İrana hava hücumunda iştirak edən “B-2” bombardmançılarının Missuri ştatına salamat eniş etdiyi barədə məlumatı paylaşıb və ABŞ pilotlarına “Əla iş gördüyünüz üçün təşəkkür edirəm”, – deyərək müraciət edib.

Избранный
7
vaxt.az

1Источники